...

Avtovağzal və avtostansiyalara pasportun verilməsi ödənişli olacaq

Cəmiyyət Materials 26 Fevral 2016 17:39 (UTC +04:00)
Azərbaycanda avtovağzal və avtostansiyalara pasportların verilməsinə görə rüsum ödəniləcək.
Avtovağzal və avtostansiyalara pasportun verilməsi ödənişli olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda avtovağzal və avtostansiyalara pasportların verilməsinə görə rüsum ödəniləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.

Yeni layihəyə əsasən, avtovağzala pasportun verilməsi üçün 600, avtostansiyaya pasportun verilməsi üçün 400 manat rüsum ödəniləcək.

Layihənin Milli Məclisin martın 4-də keçiriləcək iclasında müzakirə edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, gün ərzində eyni vaxtda müvafiq xidmətlər göstərilə bilən sərnişinlərin sayından, binaların, tikililərin, texnoloji avadanlıqla təchizatından, həmçinin göstərilən xidmətlərin çeşidindən və səviyyəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir avtovağzala (avtostansiyaya) kateqoriyasına uyğun olaraq pasport verilir. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Pasport olmadan avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsinə, habelə avtovağzalın (avtostansiyanın) fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji prosesinin pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Pasportun verilməsinə görə dövlət rüsumu ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti