...

Bakıda müqəddəs Patrik günü qeyd olunacaq

Cəmiyyət Materials 11 Mart 2016 18:12 (UTC +04:00)

Bakı. Trend:

Martın 11-də Bakıda İrlandiyanın himayəçisi sayılan müqəddəs Patrik günü qeyd olunacaq. Tədbir "Hyatt" hotelinin və "William Grant & Sons" şirkətinin birgə dəstəyi ilə həyata keçiriləcək.

Rəvayətə görə, müqəddəs Patrik bütpərəst adaya xristianlığı gətirərək bütün ilanları adadan qovub. Müqəddəs Patrikın şərəfinə İrlandiyada hər il musiqi və rəqslər ilə şənliklər keçirilir və adətə əsasən, bayram iştirakçıları yaşıl rəngli paltar boyanırlar. Hazırda isə bu bayram bir növ beynəlxalq İrlandiya gününə çevrilib ki, sözügedən gün nəinki İrlandiyada, həmçinin bütün dünyada qeyd olunur.

Müqəddəs Patrik gününün qədim zamanlardan bəri irland bayramı olmasına baxmayaraq, artıq bir neçə ildir ki, sözügedən bayram öz qızğın pərəstişkarlarını Azərbaycanda da tapır. Ada əhalisinin xristianlığı qəbul etməsinin rəmzi sayılan və artıq 100 ilə yaxın irland mədəniyyəti günü kimi dünyada qeyd olunan İrlandiyanın əsas dini bayramlarından biri olan müqəddəs Patrik günü Bakıda martın 11-də İzmir küçəsi, 1033 ünvanında yerləşən "Britannia" pabında qeyd olunacaq. Tədbirdə viski həvəskarları irland musiqisi və təbii ki, "Tullamore D.E.W." irland viskisindən zövq almaq imkanı qazanacaqlar. Tədbir iştirakçıları əsl irland yeməyi, bürger və ya "fish&chips" sifariş edərək bir ədəd pulsuz "Tullamore D.E.W." viski qədəhi əldə edəcəklər.

Tədbirin xüsusi qonağı 1998-ci ildən etibarən müxtəlif formalarda irland cəmiyyətini dəstəkləyən, Tippereri şəhərindən olan "Keltic Swing" irland musiqi qrupudur ki, bu qrup bayram çıxışını Bakıda "Britannia" pabında saat 19:00 başlayacaq. Qrup Azərbaycan səfəri üçün xüsusi olaraq adını AZÉIRE-yə dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti