...

Vakant dövlət qulluğu vəzifələri üçün müsabiqə başa çatdı

Cəmiyyət Materials 31 Mart 2016 16:27 (UTC +04:00)
6, 14, 28 avqust, 11, 18 sentyabr, 1, 28 oktyabr və 3 noyabr tarixlərdə elan edilmiş müsabiqə başa çatıb. Namizədlərdən 5413 nəfəri (36.42%) test imtahanında iştirak etməyib.
Vakant dövlət qulluğu vəzifələri üçün müsabiqə başa çatdı

Bakı. Trend:

6, 14, 28 avqust, 11, 18 sentyabr, 1, 28 oktyabr və 3 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 114 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 1270 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan etmişdi.

Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün Komissiyada 14862 namizəd qeydə alınıb. Namizədlərdən 5413 nəfəri (36.42%) test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 861-i qadın namizəd olmaqla 2685 nəfəri müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin təxminən 79.70%-ni gənc namizədlər təşkil edib. Hər bir namizədə test imtahanını bitirdiyi an (dərhal) nəticələri əks etdirən arayış təqdim edilib, eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

Müsabiqənin müsahibə mərhələsi 14 oktyabr 2015-ci il tarixdə başlayıb. Test imtahanı mərhələsindən uğurla keçən 2685 namizəddən 352 nəfəri müsahibə mərhələsində iştirak etmə hüququndan istifadə etməyib. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş 2333 namizəddən 207 nəfəri müsahibədə iştirak etməyib. Müsahibədə iştirak edən 2126 namizəddən 743-ü müsahibədən uğurla keçərək iddia etdiyi vakant vəzifəyə uyğun bilinib.

Müsahibədən uğurla keçən şəxslərin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə iddia etdikləri vakant vəzifənin mövcud olduğu dövlət orqanlarına göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti