...

QHT-lər Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

Cəmiyyət Materials 14 Aprel 2016 18:16 (UTC +04:00)
200-dən artıq ölkə QHT-si Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.
QHT-lər Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

Bakı. Trend:

200-dən artıq ölkə QHT-si Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından Trend-ə verilən məlumata görə, sənəddə vurğulanır ki, 2016-cı il 2 aprel tarixində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələri 4 mülki şəxsi qətlə yetirib, 18 mülki şəxsi isə yaralayıb.

Müraciətdə qeyd olunur ki, həlak olmuş Azərbaycan əsgərlərinin cəsədləri üzərində işgəncə, insan ləyaqətini alçaldan rəftar əlamətlərinin aşkarlanması Ermənistanın "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il tarixli Cenevrə Konvensiyalarının müddəalarını kobudcasına pozmasını, ümumbəşəri dəyərləri növbəti dəfə riyakarcasına tapdalamasını sübut edir.

QHT-lər beynəlxalq ictimaiyyəti törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərə görə Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti