...

UNEC-in kafedra müdiri mükafata layiq görülüb (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2016 11:21 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının müdiri Əvəz Ələkbərov mükafata layiq görülüb.
UNEC-in kafedra müdiri mükafata layiq görülüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının müdiri Əvəz Ələkbərov mükafata layiq görülüb.

Trend-in məlumatına görə, Ə.Ələkbərov "Avropa Nəşr Mətbuat Evi" mükafat komissiyasının qərarı ilə ən yaxşı vətənpərvər tədqiqatçı alim qızıl medalı ilə təltif edilib. Komissiya kafedra müdirinin sosial sığortanın inkişafı, sosial-iqtisadi inkişafın maliyyə-büdcə tənzimlənməsi problemləri sahəsində apardığı uğurlu elmi tədqiqatlarını da yüksək qiymətləndirib.

Əvəz Ələkbərov 2016-cı ilin fevral ayından Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və maliyyə institutları" kafedrasının müdiridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti