...

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev anıldı (FOTO)

Cəmiyyət Materials 10 May 2016 14:54 (UTC +04:00)
Mayın 10-da Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında Ulu Öndərin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin abidəsi önündə əklilqoyma mərasimi keçirilib.
Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev anıldı (FOTO)

Bakı. Trend:

Mayın 10-da Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında Ulu Öndərin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin abidəsi önündə əklilqoyma mərasimi keçirilib.

Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Şura üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Şura üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri düzüblər. Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymaqla Azərbaycanın memarı və qurucusuna öz dərin ehtiramlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti