...

"Dreamland" Qolf Klubu məktəblərdə (FOTO)

Cəmiyyət Materials 19 May 2016 20:15 (UTC +04:00)
Azərbaycan üçün yeni idman növü olan qolfun ölkədə inkişaf etdirilməsi məqsədilə "Dreamland" Qolf Klubu məktəblərdə qolfun təbliğinə başladı.
"Dreamland" Qolf Klubu məktəblərdə (FOTO)

Bakı. Trend:

Azərbaycan üçün yeni idman növü olan qolfun ölkədə inkişaf etdirilməsi məqsədilə "Dreamland" Qolf Klubu məktəblərdə qolfun təbliğinə başladı.

Hər hansı bir idman növü üçün maraq yaranması, bacarıqların formalaşdırması kiçik yaşlardan daha asan olması nəzərə alınaraq belə bir layihənin həyata keçirilməsi düşünüldü. Bu layihə həm də gələcəkdə beynəlxalq qolf turnirlərində Azərbaycanı təmsil edəcək idmançıların yetişdirilməsini təkan verəcəkdir.

Aprel ayından etibarən pilot olaraq başlanılan layihədə 3 məktəb, 160 nömrəli, 6 nömrəli və Kaspi litseyi edirdi.

Layihə 2 mərhələdən ibarət idi. İlk olaraq "Dreamland" Qolf Klubundan qolfun inkişafı üzrə mütəxəssis və professional məşqçi qeyd edilən hər bir məktəbi həftədə bir dəfə olmaqla ay ərzində dörd dəfə ziyarət edirdilər. Ziyarət zamanı məktəblərin dördüncü sinfindən yeddinci sinfə qədər şagirdlərinə qolf oyununun mahiyyəti və qaydaları başa salınır, düzgün atış qaydaları göstərilirdi.

Şagirdlər və müəllim heyəti tərəfindən olduqca böyük maraqla qarşılanan layihənin ikinci mərhələsində hər bir məktəbə "Dreamland" Qolf Klubunda 1 gün ayrıldı.

Həmin gündə isə şagirdlər 18 dəlikdən ibarət, professional qolf turnirlərinə ev sahibliyi etmək imkanlarına malik qolf sahəsi ilə tanış oldular. "Dreamland" Qolf Akademiyasında isə professional məşqçilərin nəzarəti altında bir 4 həftə ərzində öyrəndiklərini sınaqdan keçirmək imkanı qazandılar.

Təcrübədə də qolf oyunu ilə tanış olan şagirdlər üçün daha sonra "Dreamland" ərazisində gəzinti təşkil edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti