...

Bakıda beynəlxalq qolf turniri keçirildi (FOTO)

Cəmiyyət Materials 31 May 2016 18:52
Beynəlxalq qolf aləmində həvəskarlar arasında ən böyük və həyəcanlı qolf turniri sayılan Türk Hava Yolları Dünya kuboku “Dreamland” Qolf Klubunda keçirildi.
Bakıda beynəlxalq qolf turniri keçirildi (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Beynəlxalq qolf aləmində həvəskarlar arasında ən böyük və həyəcanlı qolf turniri sayılan Türk Hava Yolları Dünya kuboku "Dreamland" Qolf Klubunda keçirildi. 29 may tarixində keçirilən turnirdə 80 nəfər həvəskar qolfçu iştirak edirdi.

Beynəlxlaq standartlara cavab verən 18 dəlikli "Dreamland"ə qolf klubu ilk dəfə olaraq beynəlxalq səviyyəli qolf turnirinə ev sahibliyi edirdi.

Dünya standartlarına müvafiq ilk olaraq səhər yeməyindən başlayan turnirdə iştirakçılar daha sonra "Dreamland" Qolf Akademiyasına yollandılar. Burada oyuna hazırlıq, komanda brifinqlərindən sonra isə qolf sahəsində güclərini sınadılar.

Turnirin qonaqları üçün isə qolf akademiyasında xüsusi olaraq qolf təlimləri verildi.

Həvəskar dünya kubokunun qalibi 44 xalla "Dreamland" Qolf klubunun üzvü Martin Dokerti oldu. Bu qalibiyyətlə o, cari ilin oktaybr, noyabr aylarında Antalyada keçiriləcək Beynəlxalq Qolf Turnirində iştirak etmək şansı əldə etdi.

Qeyd edək ki, turnirin ilk seçmə mərhələləri Darüssalam, Mumbay, Dohada keçirilibr. 2016-cı ilin oyunları isə Honq Konq, Böyük Britaniya, Koreya Respublikası, Yanoniya, ABŞ, İtaliya, Fransa, Türkiyə kimi ölkələrdə keçirilib. Azərbaycan da "Dreamland" Qolf Klubla bu ölkələrin siyahısında yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti