...

15 gün əvvəl Tovuzda itkin düşən gəlindən xəbər var

Cəmiyyət Materials 29 İyun 2016 15:27
27 yaşlı Aytəkin Quliyeva haqqında yeni məlumat əldə edilib.
15 gün əvvəl Tovuzda itkin düşən gəlindən xəbər var

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

İyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində müəmmalı şəkildə itkin düşən 27 yaşlı Aytəkin Quliyeva haqqında yeni məlumat əldə edilib. Bu barədə Trend-ə Tovuz rayon prokurorunun köməkçisi Elçin Qəhrəmanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, bir neçə gün öncə A.Quliyeva yaşadığı kənddə görünüb: "Onu bir neçə gün öncə iki yerdə görüblər. Bir neçə nəfər deyir ki, A.Quliyevanı yaşadığı kəndin xəstəxanasının yanında görüblər. Bundan başqa, iki gün əvvəl də onu Tovuz rayon mərkəzi avtovağzalında görən olub. Məlumata görə, A.Quliyeva evdən gedərkən şəxsiyyət vəsiqəsini və digər sənədlərini götürüb. Ona görə də xanımın sağ olması ehtimalı çoxdur. Hazırda hadisə ilə bağlı axtarışlar davam etdirilir, avtovağzaldakı kameralara baxış keçirilir".

A.Quliyevanın atası Məzahir Quliyev isə Trend-ə bildirib ki, qızının nə sağ, nə də ölü olması barədə hələlik heç bir fakt təsdiqini tapmayıb.

Xatırladaq ki, Tovuz rayonunun Öysüzlü kənd sakini, iki uşaq anası 27 yaşlı A.Quliyeva iyunun 14-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti