...

Nazirlik mehmanxana rəhbərlərinə müraciət edib

Cəmiyyət Materials 5 İyul 2016 16:33 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi mehmanxana rəhbərlərinə və vətəndaşlara müraciət edib.
Nazirlik mehmanxana rəhbərlərinə müraciət edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Mədəniyyət və Turizm Nazirliyi mehmanxana rəhbərlərinə və vətəndaşlara müraciət edib.

Nazirlikdən Trend-ə bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən bəzi mehmanxanalar rəsmi ulduz dərəcə sertifikatı almadan reklam çap məhsullarında, reklam roliklərində, veb səhifələrində və mehmanxanaların üzərində qeyri-qanuni ulduz dərəcəsi göstərərək istehlakçılara düzgün olmayan məlumatlar verirlər: "Bildirmək istəyirik ki, mehmanxanalara ulduz dərəcə sertifikatı AZS 745-2015 Dövlət Standartına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 3 il müddətinə verilir və bu müddət bitdikdən sonra mehmanxana yenidən müraciət edərək təsnifatdan keçməlidir. Hazırda ölkəmizdə tətbiq olunan “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarlarının tətbiq edilməsi” AZS 745-2015 Dövlət Standartı Avropanın bir çox ölkələrində tətbiq olunan “Hotelstars Union Criteria 2015-2020” təsnifatına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə hazırlanıb və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 14 dekabr 2015-ci il tarixli 150111500015 nömrəli Qərarı ilə təsdiq edilib".

Məlumatda qeyd edilir ki, Mədəniyyət və Turizm Nazirliyi ölkə ərazisində fəaliyyət göstərən mehmanxana rəhbərlərindən qanunvericiliyin tələblərinə əməl etməyi, istehlakçılara dolğun və düzgün məlumat verməyi, qeyri-qanuni ulduz dərəcəsi göstərməməyi tələb edir: "Bildiririk ki, hazırda respublika ərazisində 106 mehmanxana və mehmanxana tipli obyekt təsnifatdan keçirilərək, onlara ulduz dərəcə sertifikatı verilib".

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi ulduz dərəcə sertifikatı verilmiş mehmanxanaların siyahısı ilə buradan tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti