...

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun bağlanış mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 24 İyul 2016 18:18 (UTC +04:00)
Milli Gimnastika Arenasında qala-konsert və bədii gimnastika üzrə Dünya Kuboku yarışının bağlanış mərasimi keçirilib.
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun bağlanış mərasimi keçirilib (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bakıdakı Milli Gimnastika Arenasında qala-konsert və bədii gimnastika üzrə Dünya Kuboku yarışının bağlanış mərasimi keçirilib.

Trend-in məlumatına görə, qala-konsertdə Azərbaycan bədii gimnastikasının indiki və gələcək ulduzları, o cümlədən Marina Durunda, Jalə Piriyeva və ölkənin qrup komandası nümunəvi nömrələrlə çıxış ediblər.

Rəngarəng bağlanış mərasimi "Balaca şahzadə"nin Azərbaycandan öz planetinə qayıdışına həsr olunub. İlk nömrə "Cənab leytenant" mahnısının sədaları altında rəqs olub.

Milli koloritlə zəngin mərasimdə gimnastikanın müxtəlif növlərini təmsil edən gimnastlar iştirak ediblər.

Tamaşa zamanı "Balaca şahzadə" bütün Azərbaycan ərazisi üzrə səyahət edib və sonda Rio Olimpiadasının rəmzi sayılan alovu Marina Durundaya təqdim edib.

Tamaşaçılar tədbirdən razı qalaraq gimnastları və şou təşkilatçılarını gur alqışlayıblar.

Trend bağlanış mərasimindən fotoları təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti