Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda ən aktiv zəlzələ zonaları Böyük Qafqazın cənub-şərq yamacında, Şamaxı, İsmayıllı, Talış dağları və Xəzərdədir.
Trend-in məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında deyib.
Q.Yetirmişli bildirib ki, indiyə kimi baş verən zəlzələlərin hamısı zəif təkanlardır.
Onun sözlərinə görə, bir həftə bundan əvvəl Pirqulu ərazisində bir gündə 93 zəif təkanlar baş verib: "Ötən gün baş verən zəlzələdən sonra İmişlidə xırda təkanlarla enerji boşalması gedir: “Seysmik cəhətdən zəif olan İmişlidə təkanlar olmayıb. Saatlı, Sabirabadda, İmişlidə tarixən güclü zəlzələlər baş verib. Ancaq müəyyən dövrdə seysmik cəhətdən zəif hesab olunan zonada güclü təkanlar baş verir”.