...

Qonşusunu qətlə yetirən 17 il azadlıqdan məhrum edildi

Cəmiyyət Materials 3 Avqust 2016 17:16 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zaur Manafovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qonşusunu qətlə yetirən 17 il azadlıqdan məhrum edildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zaur Manafovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Z.Manafov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2015-ci il iyulun 31-dən avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsində Sərxan Mahmudov və Z.Manafov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər.

Xəstəxanaya yerləşdirilən yaralılardan S.Mahmudov dünyasını dəyişib. Z.Manafov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, mərhumla təqsirləndirilən şəxs qonşu olublar. Hadisədən əvvəl qonşusu Elçin maşını uyğunsuz yerdə saxlayıb, Zaur maşınını məhəllədən çıxara bilməyib.

Zaur qonşusundan maşınını geri çəkməsini istəyəndə Elçin ona sərt cavab verib. Nəticədə onların arasında mübahisə yaranıb. Bu vaxt mübahisəyə Elçin Qədimovun qohumu Sərxan müdaxilə edib. Sərxan Zaur Manafova söyüş söyüb. Sonda hadisə qanlı olayla nəticələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti