...

Bu mehmanxanalara dərəcə sertifikatları verildi - SİYAHI

Cəmiyyət Materials 23 Avqust 2016 11:14 (UTC +04:00)
Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.
Bu mehmanxanalara dərəcə sertifikatları verildi - SİYAHI

Bakı. Trend:

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nazirliyinin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.

Cari ilin avqust ayı ərzində Bakı şəhəri və respublika ərazisində yerləşən aşağıda adları qeyd olunan 11 mehmanxanaya AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib:

“CHINAR Hotel & Spa Naftalan”   mehmanxanası – (5 ulduz);
“El Resort” mehmanxanası – ( 5 ulduz)
“Ayan Palace” mehmanxanası - (5 ulduz);
“Kür Hotel” mehmanxanası – (4 ulduz);
“Ober-Lux” mehmanxanası – (4 ulduz);
“Elfaro” mehmanxanası – (4 ulduz).
“Atlant” mehmanxanası – (4 ulduz);
“AF Hotel” mehmanxanası – (4 ulduz);
“Afra Hotel” mehmanxanası – (4 ulduz);
“Opera Hotel” mehmanxanası – (4 ulduz);
“Lotos” mehmanxanası – (3 ulduz)


Qeyd edək ki, hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 117-ə çatıb. Təsnifatdan keçmiş mehmanxanaların siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti