...

Araz çayında suyun səviyyəsi 48 sm artıb

Cəmiyyət Materials 5 Sentyabr 2016 12:35 (UTC +04:00)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Kiçik Qafqazın çaylarında 115-135, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-180 faizini təşkil edir.

Sentyabrın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 100 m3/s olmaqla ongünlük normanın 82 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 115 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 26 m3/s olmaqla, ongünlük normanın 36 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 86 m3/s təşkil edərək ongünlük normanın 118 faizini təşkil etmişdir.

Sentyabrın 5-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 19 sm, Salyanda 15 sm, Bankədə 4 sm, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 48 sm artım müşahidə edilib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 473 sm (2015-ci il sentyabrın 5-də 331 sm), Salyanda 230 sm (2015-ci il sentyabrın 5-də 135 sm), Bankədə 209 sm (2015-ci il sentyabrın 5-də 159 sm), Araz çayının Novruzlu məntəqəsində isə 178 sm (2015-ci il sentyabrın 5-də 76 sm) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti