Bakı. İlhamə İsabalayeva - Trend:
Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi günündə seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları fəaliyyət göstərəcək.
Bunu Trend-ə Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov deyib.
Onun sözlərinə görə, təcili tibbi yardım briqadaları həmin gün gücləndirilmiş iş rejimində çalışacaqlar.