...

Qaradağda Qurbanı bayramı qeyd olunub

Cəmiyyət Materials 12 Sentyabr 2016 14:39 (UTC +04:00)
Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində rayonda yaşayan şəhid ailələri, əlillər, müharibə veteranları, tənha ahıllar və aztəminatlı ailələrə bayram sovqatı paylanıb.
Qaradağda Qurbanı bayramı qeyd olunub

Bakı. Trend:

Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində rayonda yaşayan şəhid ailələri, əlillər, müharibə veteranları, tənha ahıllar və aztəminatlı ailələrə bayram sovqatı paylanıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə insanlara həmrəylik və mənəvi saflıq kimi yüksək dəyərləri aşılayan Qurban bayramı münasibətilə xalqımızı, eləcə də, Qaradağ sakinlərini təbrik ediblər, prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşdığı vurğulanıb və belə tədbirlərin vətəndaşlara dövlət qayğısının təzahürü olduğu qeyd edilib.

Qeyd edək ki, Qurban bayramı münasibətilə ümumilikdə rayonun 11 qəsəbəsində qurbanlar kəsilib, 3850 nəfər aztəminatlı ailələrə qurban payı verilib.

Bundan əlavə rayon ərazisində yerləşən hərbi hissələrin şəxsi heyətləri ilə bayram münasibəti ilə görüşlər keçirilib. Tədbir zamanı əsgərlər üçün Müqəddəs Qurban bayramı münasibəti ilə göndərilmiş qurbanlıq qoyunlar kəsilib.

Göstərilən yardımı böyük sevinclə qarşılayan hər bir ailə müqəddəs bayramların ölkə ərazisində yüksək səviyyədə keçirilməsinə və onlara yetirilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti