...

Azərbaycanda avtomobil qəzalarının əsas səbəbləri

Cəmiyyət Materials 19 Sentyabr 2016 12:23 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrinin səbəblərini açıqlayıb.
Azərbaycanda avtomobil qəzalarının əsas səbəbləri

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrinin səbəblərini açıqlayıb.

Trend-in məlumatına görə, ötən 8 ay ərzində respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 39,5%-i (527 hadisə, 193 ölüm, 579 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,8%-i (304 hadisə, 132 ölüm, 282 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9%-i (26 hadisə, 12 ölüm, 28 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələrinin 40,4%-ni (539) piyadaların vurulması təşkil etmiş, nəticədə 195 piyada həlak olub, 394-ü yaralanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 35 uşaq və yeniyetmə həlak olub, 124 nəfər yaralanıb.

Qeyd edək ki, ötən ilin 8 ayı ərzində Azərbaycanda 1331 yol-nəqliyyat hadisəsi qeydə alınıb və nəticədə 490 nəfər həlak olub, 1409 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti