...

Milli qəhrəmanların tanıdılmasında və təbliğində QHT-lərin rolu müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2016 18:49 (UTC +04:00)
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Milli qəhrəmanların tanıdılmasında və təbliğində QHT-lərin rolu” ilə bağlı mətbuat konfransı keçirib.
Milli qəhrəmanların tanıdılmasında və təbliğində QHT-lərin rolu müzakirə olunub (FOTO)

Bakı. Trend:

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Milli qəhrəmanların tanıdılmasında və təbliğində QHT-lərin rolu” ilə bağlı mətbuat konfransı keçirib.

Trend-in məlumatına görə, layihə rəhbəri Məlahət Xəlilova bildirib ki, vətənpərvərlik hissinin yüksəldilməsi hökumətin, eləcə də Heydər Əliyev Fondu və Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının daim diqqətdə saxladığı məsələlərdən olub. Bu gün QHT-lərin qarşısında duran mühüm vəzifələrdən biri ölkəmizdə elmə, biliyə önəm verən vətənpərvər gənclər ordusunun yetişməsinə yardımçı olmaqdır.

Tədbirdə çıxış edən “Müasir inkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, jurnalist Rey Kərimoğlu və digərləri də hazırki şəraitdə dövlətin şəhid ailələrinə xüsusi diqqətindən danışıblar.

“İnsan hüquqları və Maarifçilik” İctimai Birliyinin sədr müavini Vilayət Muxtar bildirib ki, gənc əsgərləri, ümumilikdə silahlı qüvvələri daim döyüş ruhunda tərbiyyə etmək vətəndaş cəmiyyətlərinin bir saylı vəzifəsi olmalıdır.

Sonda şəhid atası Seyfəddin Qurbanov oğlu Fəxrəddinin uşaqlıq, gənclik və döyüş yolundan danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti