...

Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi üzrə yeni əməkdaşlıq

Cəmiyyət Materials 3 Oktyabr 2016 15:21 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin “AYESAŞ” şirkəti ilə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında müdafiə sənayesi sahəsində anlaşma memorandumu imzalanıb

AMEA-dan Trend-ə verilən məlumata görə, Bakıda “ADEX 2016” II Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Türkiyənin “AYESAŞ” şirkəti ilə AMEA-nın M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Sənədi AYESAŞ-ın baş direktoru Əziz Sipahi və Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev imzalayıblar.

Memoranduma əsasən, Azərbaycan və Türkiyə ilə yanaşı, digər ölkələr üçün də birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti