...

Siyəzəndə qazın verilişində məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 11 Oktyabr 2016 18:02 (UTC +04:00)
Siyəzən magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Siyəzəndə qazın verilişində məhdudiyyətlər olacaq

Bakı. Trend:

Oktyabrın 12-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Zarat”, “Çandahar”, “Qara Siyəzən”, “Giləzi kərpic zavodu'', “Hacılar MMC”, “MMZ quşçuluq”, “Beşdam” ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində Siyəzənin Zarat, Çandahar və Qara-Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti