Bakı. Maksim Tsurkov – Trend:
Azərbaycanda qış mövsümünün başlması ilə elektrik təchizatı ilə bağlı problem gözlənilmir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev deyib.
O bildirib: "Son günlərdə baş vermiş güclü yağışların stansiyalarımızın və yarımstansiyalarımızın işinə müəyyən təsir göstərməsinə baxmayaraq, biz bütün problemləri normal rejimdə həll etdik".