...

Metroda qatarlar gecikdi - yenə intihara cəhd

Cəmiyyət Materials 1 Dekabr 2016 14:03 (UTC +04:00)
Bakıda daha bir nəfər metroda intihara cəhd edib.
Metroda qatarlar gecikdi - yenə intihara cəhd

Bakı. Samir Əli - Trend:

Bu gün Bakıda metroda yenə gərgin anlar yaşanıb.

Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, saat 13:18 radələrində metronun "Nərimanov" stansiyasında intihara cəh hadisəsi baş verib.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Sadıqov Murad Məhəmməd oğlu stansiyada özünü "İçəri Şəhər" - "Həzi Aslanov" xətti üzrə hərəkət edən 14 saylı marşrut qatarının altına atıb.

Metroda intihara cəhd edən şəxsin kimliyi məlum oldu (YENİLƏNİB)

Metroda intihara cəhd edən şəxsin kimliyi məlum oldu (YENİLƏNİB)

Qatar maşinistinin sayıqlığı nəticəsində qatarı saxlamaq mümkün olub. İntihara cəhd edən şəxs qatarın yolundan çıxarıb, heç bir xəsarət almayıb.

Hadisə nəticəsində qatarların hərəkət intervalında gecikmə qeydə alınsa da, sonradan interval bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti