...

Aztəminatlı ailələr icbari tibbi sığorta ödənişlərindən azad ediləcək

Cəmiyyət Materials 24 Dekabr 2016 13:00 (UTC +04:00)
Sosial həmrəylik prinsipi əsasında fəaliyyət göstərəcək icbari tibbi sığorta sisteminin maliyyələşdirmə sistemində icbari tibbi sığorta ödənişləri səhiyyənin maliyyələşdirilməsinin başlıça mənbəyi olacaq.
Aztəminatlı ailələr icbari tibbi sığorta ödənişlərindən azad ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Sosial həmrəylik prinsipi əsasında fəaliyyət göstərəcək icbari tibbi sığorta sisteminin maliyyələşdirmə sistemində icbari tibbi sığorta ödənişləri səhiyyənin maliyyələşdirilməsinin başlıça mənbəyi olacaq.

Trend-in məlumatına görə, bunu "Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası" adlı konfransda çıxış edən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

Z.Əliyev qeyd edib ki, icbari tibbi sığorta həmrəylik prinsipləri əsasında fəaliyyət göstərəcək. Bu sistemdə aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr və bu kimi əhali qrupları icbari tibbi sığorta ödənişlərindən azad ediləcəklər.

Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi üçün hazırlanan baza zərfi dövlət və sığorta təminatından ibarətdir. Zərfə 1800-dən çox müalicə, müayinə xidmətləri daxil edilib. Buraya terapevtik müalicələrin çox hissəsi daxil edilib ki, onların da xərcləri icbari tibbi sığorta sistemi tərəfindən qarşılanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti