...

BANM-in professoru beynəlxalq konfransda çıxış edib

Cəmiyyət Materials 26 Dekabr 2016 10:59 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev Türkiyənin İstanbul şəhərində keçirilən IV Beynəlxalq Enerji Texnologiyaları Konfransında iştirak edib.
BANM-in professoru beynəlxalq konfransda çıxış edib

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev Türkiyənin İstanbul şəhərində keçirilən IV Beynəlxalq Enerji Texnologiyaları Konfransında iştirak edib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, konfransın plenar iclasında BANM-in professoru “Mənfi təzyiq effekti əsasında neftçıxarma sistemlərində enerji qoruyucu texnologiyalar “ mövzusunda məruzə ilə çıxış edib. Məruzədə təqdim olunmuş nəticələr konfrans iştirakşılarının böyük marağına səbəb olub.

Professor Fuad Vəliyev, eyni zamanda təmsil etdiyi Ali Məktəb haqqında konfrans iştirakçılarına məlumat verib. Onun ümumilikdə, Azərbaycan haqqında, o cümlədən BANM-in tarixi, fəaliyyəti və inkişaf istiqamətləri haqqında verdiyi məlumatlar maraqla qarşılanıb.

Ölkəmizə böyük maraq göstərən ayrı-ayrı universitetlərin nümayəndələri Ali Məktəblə elm və tədris sahəsində əməkdaşlıq etmək niyyətlərini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti