...

Azərbaycan və Meksika müdafiə sənayesi sahəsində təcrübə mübadiləsini müzakirə ediblər

Cəmiyyət Materials 8 Fevral 2017 10:10 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 7-də Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə Müdafiə Sənayesi naziri Yavər Camalov arasında görüş olub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər, əməkdaşlığın genişlənməsində hər iki ölkə səfirliklərin rolu və müxtəlif sahələrdə əlaqələr müzakirə olunub.

Tərəflər müdafiə sənayesi sahəsində mümkün təcrübə mübadiləsi, həmçinin, Meksika və Azərbaycanın təşkil etdiyi müvafiq beynəlxalq sərgilərdə iştirakdan söz açıblar.

Səfir R.Labardini Meksikada elektron sənayesinin inkişafını qeyd edib. Görüşün sonunda tərəflər əməkdaşlığın qurulması və inkişaf etməsində maraqlı olduqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti