...

Paytaxtın bəzi hissələrində su olmayacaq

Cəmiyyət Materials 11 Fevral 2017 12:25 (UTC +04:00)
Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Paytaxtın bəzi hissələrində su olmayacaq

Bakı. Trend:

Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçələrinin kəsişməsində 700 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti