Bakı. İlhamə İsabalayeva - Trend:
Bakıda və Abşeron yarımadasında əsən güclü külək bu gün gecəyə doğru zəifləyəcək.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, artıq sabahdan mülayim cənub küləyi əsəcək.
G.Məmmədova belə hava şəraitinin əvvəlki illərin mart-aprel aylarında da müşahidə edildiyini söyləyib.G.Məmmədova onu da əlavə edib ki, son 2 gün ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasına yaxın və 1 dərəcə yüksək olub.