...

Azərbaycanda qrip təhlükəsi varmı? - Rəsmi açıqlama

Cəmiyyət Materials 11 Aprel 2017 11:33 (UTC +04:00)
Hazırda Azərbaycanda qrip təhlükəsi yoxdur, vəziyyət normaldır.
Azərbaycanda qrip təhlükəsi varmı? - Rəsmi açıqlama

Bakı. Elçin Mehdiyev – Trend:

Hazırda Azərbaycanda qrip təhlükəsi yoxdur, vəziyyət normaldır.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev Rusiyanın bəzi bölgələrində qripin yayılmasının Azərbaycana təsirinin mümkünlüyünü izah edərkən deyib.

İ.Ağayev əlavə edib ki, Rusiyada qripin yayılmasının Azərbaycan üçün təhlükəsi yoxdur:

“Azərbaycanda insanlar arasında qripə yoluxanlar ola bilər, ancaq bu, normal haldır, təhlükə demək deyil. Azərbaycan səhiyyə sistemi tərəfindən bütün qabaqlayıcı tədbirlər aparılır. Əgər ölkədə təhlükəli vəziyyət olsaydı, biz əvvəlcədən əhalini xəbərdar edərdik, qripdən qorumaq üçün lazımi tədbirlər aparardıq. Hazırda ölkədə belə bir təhlükə olmadığı üçün narahat olmağa əsas yoxdur”.

Qeyd edək ki, Rusiyanın 3 regionu hələ də kəskin qrip virusu təhlükəsi ilə üz-üzədir, bu səbəbdən 15 məktəbdə dərslər dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti