...

Məktəblilər "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi"ni araşdırır (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2017 12:32 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayı “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunub.
Məktəblilər "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi"ni araşdırır (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayı “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunub.

İdarədən Trend-ə verilən məlumata görə, verilmiş mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Mövzunun seçilməsində əsas məqsəd şagirdlərin diqqətini Azərbaycanın təbii sərvətlərinə və biomüxtəlifliyinə yönəltmək, onları bu barədə daha geniş maarifləndirməkdən ibarətdir.

Bakı şəhərinin 12 inzibati rayonun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “Açıq dərs”, sərgi və ekskursiyaların keçirilməsi, müxtəlif araşdırmaların aparılması nəzərdə tutulub.

Qeyd edək ki, aprel ayının sonunda mövzuya uyğun olaraq “Ayın tədqiqatçı bioloqlar məktəbi” nominasiyası üzrə qalib məktəb seçiləcək.

Qalib məktəb orijinallıq, mövzunun əhatəliliyi, fəaliyyətin müxtəlifliyi, şagirdlərin bacarıqlarının formalaşdırılmasına xidmət edən fəaliyyətlərin yer alması, layihədə müxtəlif yaş qrupunu təmsil edən şagirdlərin iştirakı, mövzunun ekoloji problemləri əhatə etməsi, hesabatların təqdim edilməsində təsdiqləyici materialların mövcudluğu (foto və s.) kimi meyarlara əsasən müəyyən olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti