...

BDU-da "İslam Həmrəyliyi ili 2017: reallıqlar, perspektivlər" konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2017 14:55 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda respublika elmi-metodik konfrans keçirilib.
BDU-da "İslam Həmrəyliyi ili 2017: reallıqlar, perspektivlər" konfransı keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda respublika elmi-metodik konfrans keçirilib.

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən Trend-ə verilən məlumata görə, giriş sözü ilə çıxış edən rektor, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı sərəncamın böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Qeyd edib ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı, İSESKO, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli mədəni forumların təşkilatçısı kimi çıxış edib. Akademik Abel Məhərrəmov son illər ölkəmizdə müxtəlif dinlərin həmrəyliyi istiqamətində uğurlu siyasət aparıldığını, sovet dövründə dinlə bağlı sərt qadağaların mövcud olduğunu, Azərbaycanda 20-dək məscidin fəaliyyət göstərdiyi halda hazırda onların sayının 2000-i ötdüyünü, həmin məscidlərin 300-dən çoxunun tarixi-mədəni abidə kimi qorunduğunu xatırladıb.

Plenar iclasda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın, o cümlədən bölmə iclaslarına təqdim edilən məqalələrin əhəmiyyətindən, İslam dünyasında böyük nüfuza malik olan Azərbaycanın sivilizasiyalararası dialoq məkanına çevrilməsindən danışıblar.

Sonra BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev «İslam həmrəyliyi müasir dünyanın ən zəruri tələblərindən biridir», Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova «İslam mədəniyyətində ümumbəşəri həmrəylik prinsipi» mövzularında məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, işini 6 bölmə üzrə davam etdirəcək konfransda 200-dən çox məruzə dinləniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti