...

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib (FOTO, VİDEO) (YENİLƏNİB)

Cəmiyyət Materials 22 May 2017 23:08 (UTC +04:00)
Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilir.
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib (FOTO, VİDEO) (YENİLƏNİB)

İlk xəbər saat 21:01-də yayılıb

Bakı. Trend:

Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib.

Trend-in məlumatına görə, bağlanış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Qeyd edək ki, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 54 ölkəni təmsil edən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparıb.

Azərbaycan milli komandası yarışları birinci yerdə başa vurub - 75 qızıl, 50 gümüş, 37 bürünc medal. 71 qızıla malik Türkiyə ikinci, 39 qızıl medal qazanmış İran isə üçüncü yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti