Bakı. Hüseyn Vəliyev - Trend:
İyul ayından etibarən uşaqların məktəbdə davamiyyəti barədə valideynlərə SMS-bildirişlərin verilməsi xidməti müvəqqəti dayandırılacaq.
Bu barədə özəl olaraq Trend-ə "Mobile Solutions&Marketing Technologies" şirkətindəki mənbə məlumat verib.
Mənbənin verdiyi məlumata görə, xidmət yay tətili ilə əlaqədar dayandırılır.
Mənbə bildirib ki, məktəblərdə tədris ili iyunun 14-ü başa çatsa da, yekun imtahanların qiymətləri də elektron gündəliyə yazılacaq:
“Bununla əlaqədar olaraq xidmət iyunun sonunadək aktiv olacaq. Daha sonra xidmət yeni tədris ilinin başlanğıcınadək dayandırılacaq”.