...

ƏƏSMN daha 100 əlilliyi olan şəxsi istirahət mərkəzinə yola salıb (FOTO)

Cəmiyyət Materials 5 İyun 2017 10:40 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 100 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə yola salınıb.
ƏƏSMN daha 100 əlilliyi olan şəxsi istirahət mərkəzinə yola salıb (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin ölkəmizin səfalı guşələrində istirahətinin təşkili işlərinin davamı kimi, bu təbəqədən olan 100 nəfər vətəndaş Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə yola salınıb.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Artıq 400 nəfərə yaxın əlilliyi olan şəxsin istirahətə göndərilməsi təmin olunub.

Həmin insanların yola salınması zamanı vurğulanıb ki, bu tədbir ƏƏSMN-nin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq təşkil olunur. Nazirlik cari ilin yaz-yay mövsümündə 1100 nəfərdən çox əlilliyi olan şəxsi istirahət mərkəzlərinə göndərməyi planlaşdırıb. Onlardan artıq 400 nəfərə yaxın əlilliyi olan şəxsin Lənkəran və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilməsi təmin olunub. Qalan şəxslər də mövsüm ərzində yola salınacaqlar.

Əlilliyi olan şəxslərin həmin mərkəzlərdə istirahət etmələri üçün lazımi şərait yaradılıb. Göndərilən insanlar da istirahət müddətini başa vurub qayıtdıqdan sonra onlara göstərilən xidmətlərdən məmnunluqlarını ifadə edirlər. Əliliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və müəyyən olunmuş müddətdən sonra geri qaytarılması üçün nəqliyyat vasitəsi də ayrılıb.

İstirahətə yola salınan əlilliyi olan şəxslər belə bir tədbirin təşkil olunmasından, ümumən sosial cəhətdən həssas əhali qruplarına cəmiyyətin digər üzvləri ilə bərabər imkanlar yaradılması üçün aparılan işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar bütün sahələrdə dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti