...

ADU-nun rektoru Kamal Abdulla Bolqarıstanın səfiri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 8 İyun 2017 16:41
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristovayla görüşüb.
ADU-nun rektoru Kamal Abdulla Bolqarıstanın səfiri ilə görüşüb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristovayla görüşüb.

Universitetdən Trend-ə verilən məlumata görə, səfiri universitetdə görməkdən məmnun olduğunu bildirən rektor K.Abdulla ADU-nun Azərbaycanın dil siyasətinin bütün spektrlərini əhatə etməsinin vacibliyindən danışıb. O, universitetdə bolqar dili, mədəniyyəti və tarixinin öyrənilməsi baxımından səfirliyin mühüm işlər görə biləcəyini bildirib.

K.Abdulla ikitərəfli əməkdaşlığın ölkələr arasındakı əlaqələri daha da inkişaf etdirəcəyinə əminliyini ifadə edib. O, multikulturalizmlə bağlı ideya və layihələrin universitet platformasında da davam etdiriləcəyini vurğulayıb. ADU-nun rektoru Bolqarıstanın paytaxtında yerləşən universitetlərlə yanaşı, digər şəhərlərdəki nüfuzlu ali təhsil müəssisələri ilə də Dillər Universiteti arasında əlaqələrin qurulmasının Azərbaycan dilinin, mədəniyyətinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətli olacağını vurğulayıb.

Universitetdə olmaqdan məmnunluğunu bildirən səfir M.Xristova Bolqarıstanın ali təhsil müəssisələri ilə ADU arasında tələbə mübadiləsi, yay məktəblərinin təşkili və s. kimi istiqamətlərdə əməkdaşlığın mümkün olduğunu bildirib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi ilə əlaqədar digər məsələlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti