...

Ədliyyə orqanlarında işləmək istəyənlər üçün imtahan keçirilir

Cəmiyyət Materials 10 İyun 2017 11:58 (UTC +04:00)
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirir.
Ədliyyə orqanlarında işləmək istəyənlər üçün imtahan keçirilir

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirir.

Trend-in məlumatına görə, imtahanda iştirak etmək üçün sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılıb və 640 nəfərin namizədliyi qeydə alınıb.

İmtahan 3 saat davam edir və nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunur. İmtahan zamanı tqədim edilən 80 suаl namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini yoxlayır, 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir. Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 bаllа qiymətləndirilir. Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavabların sayı düz cavabların nəticəsinə təsir göstərmir.

Test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Xəbər lenti

Xəbər lenti