...

ABŞ səfirliyi Gəncə Amerika Guşəsinin açılışını qeyd edib

Cəmiyyət Materials 20 İyun 2017 18:46 (UTC +04:00)
ABŞ səfirliyi Gəncə Amerika Guşəsinin açılışını qeyd edib.
ABŞ səfirliyi Gəncə Amerika Guşəsinin açılışını qeyd edib

Bakı. Trend:

ABŞ səfirliyi Gəncə Amerika Guşəsinin açılışını qeyd edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfir Robert Sekuta Amerika guşəsinin açılışında etdiyi çıxışında guşənin yerli icma üçün vacibliyini qeyd edib.

Açılış mərasimində Gəncə şəhəri İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak ediblər. Səfirlik kitabxanaya yeni avadanlıq, texnika və lazımı materialları hədiyyə edib. Guşə ingilis dilini öyrənmək və təhsil proqramları üçün yay vaxtı açıq olacaq. Səfir R.Sekuta, həmçinin, Amerika hökumətinin mübadilə proqramlarının məzunları ilə görüşüb, Amerikada aldıqları təhsilin onların karyeralarında nə dərəcədə əhəmiyyətli olduğu və məzunların Gəncədə çalışarkən yerli icma üçün nə edə bildikləri barədə maraqlanıb.

Amerika Guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika guşələri də daxildir. Bu mərkəz və guşələr ingilis dilini təkminləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır.

Guşələr mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti