Məhkəmə Ekspertizası Mərkəzinə 31 minə yaxın iş daxil olub (FOTO)

Məhkəmə Ekspertizası Mərkəzinə 31 minə yaxın iş daxil olub (FOTO)

Bakı. Trend:

Məhkəmə Ekspertizası Mərkəzinə 41 ekspert ixtisası üzrə 31 minə yaxın iş daxil olub.

Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin bu gün keçirilən Kollegiya iclasında bildirilib.

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclasında respublikanın hərtərəfli inkişafının, sabitliyin və təhlükəsizliyin təmin olunması vurğulanıb, demokratik hüquqi dövlət quruculuğunda, xüsusilə məhkəmə-hüquq islahatlarında nailiyyətlər qeyd olunub.

Bildirilib ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların məhkəmələrə müraciət imkanlarının genişləndirilməsi, şəffaflığın və məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması üzrə məqsədyönlü tədbirlər görülür, məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı qanunvericilik daim təkmilləşdirilir, o cümlədən son zamanlarda daha 2 yeni qanun qəbul olunub.

Həmçinin, məhkəmə infrastrukturun təkmilləşdirilməsi üzrə Dünya Bankı ilə birgə, habelə dövlət büdcəsi hesabına tədbirlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun yeni müasir binalar inşa olunur. Ötən həftə Dünya Bankı ilə birgə layihə çərçivəsində inşa olunmuş Nərimanov Rayon Məhkəməsinin yeni müasir binasının ölkə Prezidenti İlham Əliyevin açılışını etməsi hər bir məhkəmə və ədliyyə işçisi tərəfindən yüksək iftixar hissi ilə qarşılanıb.

Azərbaycan dövlətinin bu sahədə gördüyü işlər, o cümlədən ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin unikal infrastrukturunun yaradılması, ən müasir informasiya texnologiyalarının tətbiqi beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Hazırda bu sahədə islahatlar davam etdirilir, hakimliyə namizədlərin seçimi aparılaraq tədrisi həyata keçirilir, hakimlərin fəaliyyəti qiymətləndirilir, məhkəmələrdə iş yükünün azaldılması ilə bağlı təhlillər aparılır, bu sahədə beynəlxalq təcrübə öyrənilir, mövcud mexanizmlər və qanunvericilik təkmilləşdirilir, vətəndaşlara elektron xidmətlərin göstərilməsi üzrə davamlı tədbirlər görülür. Kollegiyada məhkəmə-hüquq sahəsində həyata keçirilən işlərə dair geniş təqdimat nümayiş etdirilib.

İclasda ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə cari ilin ötən dövründə görülmüş işlər müzakirə olunub, açıq hökumətin təşviqi, məhkəmə qərarlarının icrası, qeydiyyat və notariat, informasiya-kommunikasiya texnologiyaları sahəsində, məhkumların hüquqlarının təmin olunması, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi, beynəlxalq əməkdaşlıq üzrə görülmüş önəmli tədbirlər qeyd olunub.

Eyni zamanda, növbəti yarım il üçün əsas prioritetlər, o cümlədən dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 2017-ci il 10 fevral tarixli sərəncamının icrası üzrə tədbirlərin davam etdirilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunmasının stimullaşdırılması üçün əlavə tədbirlərin görülməsi, hüquqi aktların layihələrinin ekspertizasının təkmilləşdirilməsi, ədliyyə orqanlarında şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, elektron sənəd dövriyyəsinin tam təmin olunması, Ədliyyə Akademiyasının elmi fəaliyyətinin genişləndirilməsi, kadr işinin təkmilləşdirilməsi və digər konkret tədbirlər müəyyən edilib.

İclasda həmçinin, məhkəmə ekspertizası fəaliyyətinə dair hesabat əyani təqdimatla müşayiət olunmaqla dinlənilib. Qeyd olunub ki, ölkədə ədliyyə sisteminin inkişafı üzrə görülən tədbirlər çərçivəsində Məhkəmə ekspertizası Mərkəzinin fəaliyyəti təkmilləşdirilib, maddi-texniki bazası möhkəmləndirilib, yeni növ ekspertizaların aparılmasına və akkreditasiya nəticəsində ekspert rəylərinin beynəlxalq miqyasda tanınmasına nail olunub. Eyni zamanda, məhkəmə-istintaq orqanlarına köməklik və ekspert araşdırmalarının operativliyini təmin etmək məqsədi ilə Mərkəzin Gəncə, Şirvan və Şəki regional filialları yaradılıb.

Təkcə ötən il ərzində Mərkəzə 41 ekspert ixtisası üzrə 31 minə yaxın iş daxil olub, ekspertlər 578 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,7 %-ni həll ediblər. Həmçinin, ekspertizaların təyini, aparılması və ekspert rəylərinin qiymətləndirilməsi ilə bağlı məhkəmə və hüquq mühafizə orqanlarına 110-dək metodik məsləhət, habelə cinayətin baş verməsinə səbəb olan şəraiti və halları aşkar etmək, onların qarşısının alınması üçün 900-dən çox profilaktik tövsiyə verilib, 30 mövzu üzrə elmi-tədqiqat işləri aparılıb və 7 metodik vəsait hazırlanıb.

Həmçinin, ekspertiza sahəsində beynəlxalq əlaqələr genişlənib, Mərkəz Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinə (ENFSI) üzv qəbul edilib. Ötən il dövlət başçısının Türkiyəyə səfəri zamanı məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb, Sazişin implementasiyası çərçivəsində Türkiyə Daxili İşlər Nazirliyinin nümayəndə heyəti bu ayın əvvəlində Azərbaycana səfər edərək, ölkəmizin təcrübəsi ilə tanış olublar.

Kollegiyada bu sahədə görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə olunub, o cümlədən ekspertiza tədqiqatlarının keyfiyyətinin və mötəbərliyinin artırılması, əsaslılığının yaxşılaşdırılması, yeni ekspertiza növlərinin tətbiqi, habelə mərkəzin maddi-texniki bazasının gücləndirilməsi, elmi-tədqiqat işinin səmərəliliyinin yüksəldilməsi, kadr potensialının möhkəmləndirilməsi, mövcud vakansiyaların doldurulması və s. ilə bağlı aidiyyəti tapşırıqlar verilib.

Bununla yanaşı, ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ-hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı azalıb
Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı azalıb
Naxçıvanda yük daşımalarının həcmi artıb
Naxçıvanda yük daşımalarının həcmi artıb
Naxçıvanda ÜDM artıb
Naxçıvanda ÜDM artıb
Loading Bars
Xəbər lenti
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azad olunan ərazilərə icazəsiz keçmək istəyənlərin qarşısı alınır (FOTO)
Qarabağda "İsgəndər-M" qalıqlarının tapılması Rusiya və Azərbaycan hərbçiləri arasında müzakirə olunur - Peskov
Bitkoindən daha bir tarixi rekord
Tərtərdə yol polisi reyd keçirib
Prezident İlham Əliyev: Biz ATƏT-in Minsk qrupundan regionda dinc həyatın nizamlanması üzrə təkliflər gözləyirik
Kafedə toy edənlər məsuliyyətə cəlb edilib
Bakı Slavyan Universitetində "Nizami Gəncəvinin əsərlərində qadın obrazları" adlı ədəbi-musiqili tədbir keçirilib (FOTO)
Havalar isinir, bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? - Ekspert açıqladı
İranda ötən sutka 291 nəfər koronavirusdan ölüb
Azərbaycan Beynəlxalq Bankının əməkdaşları beynəlxalq turnirin qalibi olub
Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil - Baş infeksionist
Prezident İlham Əliyev: İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar
Dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir
Xüsusi qorunma statusu olan 35 Şərq çinarını ermənilər məhv edib - Nazirlik rəsmisi
İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələb edilməyəcək
Sabah yağış yağacaq, külək arabir güclənəcək
Hacıqabulda toy məclisi aşkarlanıb, 6 nəfər cərimələnib
Prezident İlham Əliyev: Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur
Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir
Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq
Prezident İlham Əliyev: Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq
Prezident İlham Əliyev: Biz azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında İtaliyanın təcrübəsindən istifadə etməyə ümid edirik
"MFX- Trading İnvestisiya Şirkəti” səhm bazarı üzrə 1-ci yeri tutub
Bakıda hava proqnozları 94 faiz özünü doğruldur - Umayra Tağıyeva
Qarabağda ermənilər 54 min hektar meşə sahəsini məhv edib - Nazir müavini
Azərbaycan Prezidenti: Bərpa prosesinin ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik
Prezident İlham Əliyev: Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq
Zəngilan rayonunun Sarıqışlaq kəndi (VİDEO)
Prezident İlham Əliyev: İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır
Dövlət qurumlarında satınalmalar düzgün rəsmiləşdirilmir - Palata sədri
Azərbaycan Prezidenti: Ermənistan əlaqə qurmaq istəyərsə, biz də əlimizdən gələni etməyə hazırıq
Bakı Ali Neft Məktəbində Beynəlxalq Elmi Konfransların açılış mərasimi keçirilib (FOTO)
Prezident İlham Əliyev: Qarabağda əsas infrastruktur layihələrini 3 il ərzində başa çatdırmağı planlaşdırırıq
Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində ekoloji terror törədiblər - Firdovsi Əliyev
Prezident İlham Əliyev: Biz Prezident Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik
Sabunçuda aptek və evlərdən oğurluq edənlər saxlanılıb (FOTO/VİDEO)
Rusiyadan Azərbaycana gələn şəxsin avtomobilində silah aşkarlanıb
Həyat yoldaşını qətlə yetirən ruhi xəstə ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilir
Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə edib
Prezident İlham Əliyev: Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı
Ceyranbatan su kanalında batmış 18 yaşlı qızın meyiti tapılıb
ƏƏSMN-in elektron portalında qeydiyyatdan keçmiş aktiv istifadəçilərin sayı 879 minə çatıb
Saatlıda yas mərasimi aşkar edilib
Prezident İlham Əliyev: Ermənilər nəhəng istehkam tikməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyib
Azərbaycan nefti bahalaşır
Milli Məclisin növbəti plenar iclası başlayıb
Prezident İlham Əliyev: Azərbaycan hər zaman münaqişənin tez tənzimlənməsində maraqlı olub
İşğaldan azad edilmiş ərazilərimizin kütləvi minalanmasına dair ABŞ-da televiziya verilişi yayımlanıb
Həftəlik hava proqnozu açıqlanıb
Bərdədə ad günü keçirənlər saxlanılıb
Kafedə bir nəfəri bıçaqla qətlə yetirən, bir neçə nəfəri yaralayan şəxsin cinayət işi məhkəməyə göndərilib
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib (VİDEO)
Prezident İlham Əliyev: Dağıntılar Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan mədəniyyətinin irsini silmək üçün törədilib
Prezident İlham Əliyev: Bizim azad etdiyimiz ərazilərdəki dağıntılar ən pis gözləntiləri də aşır
Bərdədə yas mərasimləri aşkar edilib
Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
Salyanda yol polisi reyd keçirib (FOTO)
Prezident İlham Əliyev: Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq
Nöqsanlar aşkarlanan bu restoran bağlandı (FOTO)
Prezident İlham Əliyev: Münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır (YENİLƏNİB)
Azərbaycan dəmir yolları vasitəsi ilə yüklərin daşınması müzakirə olunub (FOTO)
Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq
Küçədə 8 koronavirus xəstəsi saxlanılıb, 3 nəfərə cinayət işi açılıb
Balakəndə koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Mart ayında pensiya alanların ümumi sayı 715 mindən çox olub
Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilib
Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edib (FOTO/VİDEO)
25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək
Cəbrayıl və Qubadlıda jurnalistlərin iştirakı ilə ağacəkmə aksiyası keçiriləcək
Bu il Ramazan ayı ötən ilki qaydalar çərçivəsində keçiriləcək - Hacı Şahin
Deputatlar bu gün 9 məsələnin müzakirəsinə toplaşır
Ağ Şəhərdə yağış suları kollektorlarının çəkilişi davam edir (FOTO)
Siyəzəndə gənc qız kanalda batıb
Aprelin 13-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda son sutkada koronavirusa 2 016 nəfər yoluxub
Ali Baş Komandan Qarabağ vədini reallaşdırdı: Azərbaycan xalqı etimadında yanılmadı
Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb
ABŞ ordusunun Əfqanıstandan çıxardılması planları hazırlanıb
Rusiya Türkiyə və Tanzaniya ilə hava əlaqəsini dayandırır
Türkiyədə son sutkada koronavirusdan 41 218 nəfər sağalıb
ABŞ-da naməlum şəxs məktəbdə atışma törədib, ölən var
Rusiyanın şərqində zəlzələ baş verib
Meksika radiosunda Azərbaycan tərəfindən Qarabağda aparılan yenidənqurma işləri üçün mövcud maneələr haqda danışılıb
Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində kosmosa ilk uçan Yuri Qaqarinin şəkili əks olunub
Çavuşoğlu və Blinken Əfqanıstan və Suriyadakı sülh prosesini müzakirə ediblər
Hindistan Rusiyanın “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi
Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı azalıb
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
Naxçıvanda yük daşımalarının həcmi artıb
Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı Vüqar Bayramov olub (FOTO)
Prezidentlik dövrünün ən gərgin və ən zəngin mərhələsi: İlham Əliyevi güclü edən xalq-iqtidar birliyidir
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - İtaliyalı parlamentari
Qarabağ münaqişəsi ilə bağlı hər şeyi sıfırdan başlamağı ancaq özünə və xalqına güvənən bir Lider bacara bilərdi - Aydın Quliyev
"Maersk Explorer" "Şahdəniz" yatağında qazma işlərini başa çatdırıb
Prezident İlham Əliyev xalq-iqtidar birliyindən güc alaraq qarşıda duran vəzifələri şərəflə yerinə yetirir - Politoloq
Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq
Naxçıvanda ÜDM artıb
Bütün xəbərlər