...

Kosda və Bodrumdakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur (ÖZƏL) (YENİLƏNİB)

Cəmiyyət Materials 21 İyul 2017 13:59 (UTC +04:00)
İlkin məlumata əsasən Türkiyənin Bodrum şəhərində zəlzələ zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Kosda və Bodrumdakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur (ÖZƏL) (YENİLƏNİB)

İlk xəbər saat 11:06-da yayımlanıb

Bakı. Səba Ağayeva - Trend:

Bu gecə Yunanıstanın Kos adasında baş vermiş zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev Azərbaycanın Yunanıstandakı səfirliyinə istinadən deyib.

O qeyd edib ki, səfirlik yeni informasiya daxil olarsa, araşdırmaq məqsədilə yerli hakimiyyət orqanalrı ilə əlaqəni saxlamaqda davam edir.

X X X

11:06

İlkin məlumata əsasən Türkiyənin Bodrum şəhərində zəlzələ zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə Trend-ə Azərbaycanın İstanbuldakı Baş konsulluğundan bildiriblər.

Qeyd olunub ki, indiyədək azərbaycanlıların xəsarət alması barədə məlumat daxil olmayıb.

Baş konsulluq zəlzələnin baş verdiyi Bodrum şəhərinin meriyası ilə mütəmadi əlaqə saxlayır.

Qeyd edək ki, Egey dənizində, Türkiyənin kurort şəhəri Bodrumdan 12 km məsafədə 6,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində Yunanıstanın Türkiyə sahilləri yaxınlığındakı Kos adasında biri türk olmaqla iki nəfər ölüb, 120 insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti