...

Azərbaycanda YENİ TERMİNALLAR quraşdırıldı

Cəmiyyət Materials 1 Avqust 2017 15:07 (UTC +04:00)

Bakı. Hüseyn Vəliyev - Trend:

Bakıda yeni "e-GovPay" ödəmə terminalları quraşdırılıb. Bu barədə Trend-ə etibarlı mənbədən məlumat verilib.

Bu ödəmə terminallarında maraqlı cəhət çoxfunksiyalı olmasıdır. Mənbənin sözlərinə görə, bu cür terminallar hazırda paytaxtın Yasamal, Xəzər və Binəqədi rayonlarında "Azərpoçt"un yaratdığı "Şəbəkə"nin nəzdində fəaliyyət göstərir.

Mənbə bildirib ki, "e-GovPay" terminalları vasitəsilə həmçinin kommunal xidmətləri, internet ödənişləri və s. həyata keçirmək mümkündür.

Xəbər lenti

Xəbər lenti