...

Bakıda geyim mağazasındakı yanğın söndürüldü - Səbəbi açıqlandı

Cəmiyyət Materials 22 Avqust 2017 14:14 (UTC +04:00)
Bakının Neftçilər prospektində fəaliyyət göstərən mağazada başlanan yanğın söndürülüb.
Bakıda geyim mağazasındakı yanğın söndürüldü - Səbəbi açıqlandı

Bakı. Samir Əli - Trend:

Bakının Neftçilər prospektində yerləşən mağazada baş vermiş yanğın söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Qurum rəsmisi bildirib ki, yanğın mağazanın mətbəxində başlayıb. İşçilər yemək hazırlayarkən ehtiyatsızlığa yol verib və nəticədə yanğın baş verib. Nəticədə alov mağazanın digər hissəsinə də keçib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb edilib və yanğının qarşısı alınıb. Hazırda yanğın söndürülüb.

Xatırladaq ki, hadisə Neftçilər prospekti ilə Yusif Məmmədəliyev küçəsinin kəsişməsində fəaliyyət göstərən “Dolce & Gabbana” mağazasında qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti