...

“#SMM2017 Business Breakfast” layihəsinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 29 Avqust 2017 19:23 (UTC +04:00)
“#SMM2017 Business Breakfast” layihəsinin açılış mərasimi keçirilib.
“#SMM2017 Business Breakfast” layihəsinin açılışı olub (FOTO)

Bakı. Trend:

“#SMM2017 Business Breakfast” layihəsinin açılış mərasimi keçirilib.

“ASAN Könüllüləri” Təşkilatının ictimaiyyətlə əlaqələr departamentindən Trend-ə verilən məlumata görə, layihə bu sahədə marağı olan gənclərə gələcək iş həyatlarında böyük fayda verəcək proqramı təqdim edir. Həmçinin layihədə öz sahələrində uğurlu şəxslərlə, spikerlərlə görüş, işəgötürənlərlə işgüzar nahar nəzərdə tutulub.

Layihənin əsas məqsədi SMM sahəsində mütəxəssislər formalaşdırmaq, iştirakçılara bu sahə üzrə nəzəri və praktik töhfələr verməkdir. Sonda iştirakçılar sertifikat və tərəfdaşlar tərəfindən hədiyyərlə mükafatlandırılacaqlar.

Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən ayın layihəsi elan edilən “#SMM2017 Business Breakfast”, layihəsi bu il 15 spiker, 60 iştirakçını özündə cəmləşdirir.

“#SMM2017 Business Breakfast” layihəsi “ASAN Könüllülük Məktəbi”nin "ASAN kadr" karyera mərkəzi tərəfindən artıq 2 ildir ki, həyata keçirilir.

Qeyd edək ki, “ASAN Könüllülük Məktəbi”nin fəaliyyəti çərçivəsində artıq 12.000-dən çox gənc ASAN könüllüsü statusunu qazanıb. Məktəbin əsas məqsədi gənclərin təhsil səviyyəsindən, ixtisasından asılı olmayaraq onlara təcrübə qazandırmaq, karyera yüksəlişinə və ümumi inkişafa dəstək olmaqdır. Bunun üçün müəssisələri keyfiyyətli və hazırlıqlı kadrlarla təmin etmək, könüllülərin mövcud potensiallarını təkmilləşdirmək məqsədi ilə “ASAN kadr” karyera mərkəzi yaradılıb və 3 ilə yaxındır ki, fəaliyyət göstərir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti