...

Kəskin respirator infeksiyalara daha çox kimlər yoluxa bilər?

Cəmiyyət Materials 6 Sentyabr 2017 11:28 (UTC +04:00)
Payız və qışda kəskin respirator infeksiyalara və qripə yoluxma üzrə ən yüksək risk qrupları yaşı 1-dən az, 65-dən çox olanlar, hamilələr, tənəffüs sistemi, şəkər, xroniki xəstə insanlar olur.
Kəskin respirator infeksiyalara daha çox kimlər yoluxa bilər?

Bakı. İlhamə İsabalayeva - Trend:

Payız və qışda kəskin respirator infeksiyalara və qripə yoluxma üzrə ən yüksək risk qrupları yaşı 1-dən az, 65-dən çox olanlar, hamilələr, tənəffüs sistemi, şəkər, xroniki xəstə insanlar olur.

Trend-in məlumatına görə, bunu Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva bu gün keçirdikləri mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər bir mövsümdə həmin mövsüm üçün xarakterik olan xəstəliklər aktivləşir: "Payız və qış mövsümündə qripə yoluxma halları ilə müqayisədə kəskin respirator infeksiyalara yoluxma halları daha çox olur. Onların törədiciləri bakteriyalar, viruslar, ibtidailər də ola bilər".

R.Əliyeva bildirib ki, kəskin respirator infeksiya və qripin müalicəsi antibiotiklərlə başlanılmalı deyil: "Antibakterial müalicə ehtiyac olduqda aparılmalıdır. Əgər xəstəlik ağırlaşmalar verərsə, xəstəyə virus əleyhinə dərmanlar verilir. Daha çox həyata keçirilməsi vacib olan profilaktik tədbirlər odur ki, mümkün qədər əhalinin sıx məskunlaşdığı ərazilərdən uzaq olmaq lazımdır. Aktiv həyat tərzi keçirmək, açıq havada olmaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti