...

Şərifzadə küçəsində sıxlığı yaradan səbəblər aradan qaldırılır (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2017 10:49 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt yollarında nəqliyyatın və əhalinin rahat, təhlükəsiz eləcə də maneəsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlərini davam etdirir.
Şərifzadə küçəsində sıxlığı yaradan səbəblər aradan qaldırılır (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt yollarında nəqliyyatın və əhalinin rahat, təhlükəsiz eləcə də maneəsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlərini davam etdirir.

Agentlikdən Trend-ə verilən məlumata görə, bu çərçivədə nəqliyyat axınının intensiv olduğu və əsasən əhalinin sıx məskunlaşma zonasından keçən Abbas Mirzə Şərifzadə küçəsində təhlillər aparılıb. Agentliyin mütəxəssislərinin apardığı təhlillər zamanı küçədə mövcud olan yol-nəqliyyat infrastrukturunun vəziyyəti öyrənilib, nəqliyyatın axını araşdırılaraq buna maneə yaradan amillər müəyyənləşdirilib. Digər nəqliyyat vasitələrinin avtobus dayanacaq məntəqəsi ərazisində qanunsuz park edilməsi, eyni zamanda parklanma yerlərinin dayanacaq məntəqələrinə yaxın olması, bunun isə gün ərazində xüsusən də pik saatlarda küçədə nəqliyyatın intensiv axınına ciddi maneə yaratması müəyyən edilən əsas problemlərdəndir. Məhz bu səbəbdən də ümumi istifadədə olan nəqliyyat vasitələrinin (sərnişin avtobusları) dayanacaq məntəqələrinə daxil olmasında və sərnişinlərin avtobuslardan rahat və təhlükəsiz şəkildə minib düşməsində çətinliklər yaranır.

Bununla yanaşı, dayanacağa daxil ola bilməyən avtobuslar yol hərəkət hissəsində saxlayır ki, bu da küçə boyunca nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranması ilə nəticələnir. Qeyd edilən problemlərin aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyinin hazırladığı tədbirlər planına uyğun olaraq, 2 məntəqədə yeni dayanacaq məntəqəsinin təşkili, 4 məntəqədə nəqliyyat vasitələrinin hərəkətinə ləngimələr yaradan bəzi dayanacaq məntəqələrinin yerinin dəyişdirilməsi, yeni taksi dayanacaq məntəqələrinin müəyyən edilməsi, parklanma yerlərinə təkrar baxılması və çatışmayan yol nişanlarının quraşdırılmasına başlanılıb.

Artıq 3 saylı “ASAN xidmət"in inzibati binasının qarşısındakı parklanma yerləri ləğv edilərək 30 metr məsafədə yeni avtobus dayanacaq məntəqəsi təşkil edilib, metronun “İnşaatçılar” stansiyasının qarşısında dayanacaq məntəqəsi üçün nəzərdə tutulmuş ərazi 30 metrdən 70 metrə qədər genişləndirilib. Bundan əlavə, metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı taksi minik avtomobillərinin dayanması üçün dayanacaq məntəqəsi də təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti