Bakı. Trend:
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Saatlı rayonunda seçicilərin bir qrupunu qəbul edib.
Trend-in məlumatına görə, qəbulda vətəndaşların qaldırdıqları məsələlərin həlli imkanları nəzərdən keçirilib, müzakirələr aparılıb. Vətəndaşlar əsasən şəxsi xarakterli problemləri qabardıblar.
Bunlarla əlaqədar müvafiq göstərişlər verilib, aidiyyatı qurumların təmsilçiləri ilə təmaslar yaradılıb, bir sıra məsələlər nəzarətə götürülüb.