...

Balıqçıların nəzərinə - Xəbəriniz olsun ki...

Cəmiyyət Materials 24 Oktyabr 2017 21:30 (UTC +04:00)
Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı artrılır.
Balıqçıların nəzərinə - Xəbəriniz olsun ki...

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı artırılır.

Trend-in məlumatına görə, bununla bağlı "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanunda dəyişiklik edilir.

Qanuna təklif edilən dəyişikliklərdə mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısına 2 adda əşya əlavə edilir. Bununla da siyahıdakı əşyaların adları 20-yə çatdırılır.

Siyahıya əlavə edilən əşyalar diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar və keçirici naqillərlə birləşdirilmiş elektrik siqnal generatoru və akkumulyatorlardan (batareya) ibarət, balıq və digər su bioresurslarını elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazlardır.

Dəyişikliklər qanunsuz balıq ovu ilə mübarizəni gücləndirmək məqsədi ilə təklif edilir. "Balıqçılıq haqqında" qanuna əsasən, balıq və digər su bioresurslarının ovu müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabinetinin) müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.

"Balıq və digər su bioresursları ovunun qaydaları"nda elektrik cərəyanının tətbiq edilməsi ilə, həmçinin digər sintetik saplı və təksaplı torlarla (kapron və kətan liflərdən hazırlanmış torlar istisna olmaqla) balıq və digər su bioresurslarının ovu qadağandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti