...

Tovuzda 35 yaşlı kişini ilan sancıb

Cəmiyyət Materials 29 Oktyabr 2017 11:50 (UTC +04:00)
Tovuz rayon sakinini ilan sancıb
Tovuzda 35 yaşlı kişini ilan sancıb

Bakı. Samir Əli - Trend:

Tovuz rayon sakinini ilan sancıb.

Trend-in məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. Kənd sakini, 1982-ci il təvəllüdlü Abbasov Elburus Nədir oğlunu həyətlərində ilan sancıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti