...

Əlahiddə Ümumqoşun Ordu üzrə “Ən yaxşı artilleriya batareyası” adı uğrunda yarış keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Dekabr 2017 13:52 (UTC +04:00)
2017-ci ilin döyüş hazırlığı planına əsasən Əlahiddə Ümumqoşun Ordu üzrə “Ən yaxşı artilleriya batareyası” adı uğrunda yarış keçirilib.
Əlahiddə Ümumqoşun Ordu üzrə “Ən yaxşı artilleriya batareyası” adı uğrunda yarış keçirilib (FOTO)

Bakı. Trend:

2017-ci ilin döyüş hazırlığı planına əsasən Əlahiddə Ümumqoşun Ordu üzrə “Ən yaxşı artilleriya batareyası” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, artilleriya batareyalarının tədris-material bazası və şəxsi heyətin təchizatı yoxlanıldıqdan sonra heyətlər əvvəlcədən hazırlanmış atəş mövqelərinin tutulması, eləcə də fərdi və qrup halında normativləri icra ediblər.

Yeni atəş mövqelərinə çıxarılma, əvvəlcədən müəyyən edilmiş və qəfil aşkar olunmuş hədəflərin dərhal məhv edilməsi tapşırıqları da müvəffəqiyyətlə yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti