...

1100 nəfər dərman içdi ki, sağalsın - Amma zəhərləndi (STATİSTİKA)

Cəmiyyət Materials 15 Dekabr 2017 12:58 (UTC +04:00)
Bu il Kliniki Tibbi Mərkəzə dərmandan zəhərlənmə ilə bağlı 1100 müraciət daxil olub.
1100 nəfər dərman içdi ki, sağalsın - Amma zəhərləndi (STATİSTİKA)

Bakı. Samir Əli -Trend:

Bu il Kliniki Tibbi Mərkəzə dərmandan zəhərlənmə ilə bağlı 1100 müraciət daxil olub.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, müraciətlər çox olsa da, onlardan 602 nəfəri Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib: "Ötən il isə dərmandan zəhərlənmə halları ilə bağlı mərkəzə 1400 müraciət daxil olub. Onlardan 1062 nəfər stasionar müalicəyə qəbul olunub. Qəbul olunanlardan ölüm halı olmayıb".

A.Maqsudov bildirib ki, dərmandan zəhərlənmə hallarının çox olması ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil: "Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Bu cür hallar da sonda zəhərlənmə ilə nəticələnir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti