...

Bakıda kafe və mağaza yanıb

Cəmiyyət Materials 15 Yanvar 2018 09:09 (UTC +04:00)
Ötən saatlarda Bakıda kafe və mağaza yanıb.
Bakıda kafe və mağaza yanıb

Bakı. Trend:

Ötən saatlarda Bakıda kafe və mağaza yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Nizami rayonunda ümumi sahəsi 120 kv.m olan kafedə başlayan yanğın nəticəsində bir otağın yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yanıb.

Yüksək temperaturdan ümumi sahəsi 30 kv.m olan digər otağın lambirdən ibarət tavanı əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Nərimanov rayonunda qeydə alınıb.

Bakı şəhəri, Nərimanov rayonunda sahəsi 2 kv.m olan mağazanın reklam lövhəsi qismən yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti